» » Yakunin: Putin iqtidarı çar sayağı formalaşdırır

Yakunin: Putin iqtidarı çar sayağı formalaşdırır

Yakunin: Putin iqtidarı çar sayağı formalaşdırır

“Buna onilliklər sərf edilə bilər”.

Rusiya dəmir yollarının sabiq rəhbəri Vladimir Yakunin Bloomberg-ə müsahibə verib.

ucarliyiq.biz  xəbər verir ki, Yakunin söhbət əsnasında prezident Vladimir Putinin “yaxın çevrəsində” yerdəyişmələrin davam etdiyini ehtimal etdiyini bildirib.

O hesab edir ki, bu, Putinin çar dövründə Rusiyada mövcud olan sabiq iqtidarı formalaşdırmalı olması ilə şərtləndirilib.

Dəmiryol şirkətinin sabiq rəhbəri hesab edir ki, buna onilliklər sərf etmək olar.

Bununla yanaşı, Yakunin hakimiyyətin möhkəmləndirilməsi üçün mübarizənin sərt ola biləcəyini də qeyd edib.

“Boris Berezovski və Vladimir Qusinskinin başına gələnləri unutmayın”, - o vurğulayıb.

Yakuninin sözlərinə görə, onun istefası şəxsi qərardır və onun oğlunun Britaniya vətəndaşlığına heç bir aidiyyatı yoxdur.

Yakunin vurğulayıb ki, o, bunu Kremldən gizlin etməyib.