» » Türkmənistanda siqaretlər satışdan yığışdırıldı

Türkmənistanda siqaretlər satışdan yığışdırıldı

Türkmənistanda siqaretlər satışdan yığışdırıldı

Satıcılar siqaretləri piştaxta altından yalnız öz tanışlarına satırlar.

Türkmənistanda siqaretlər qanuni satışdan yığışdırılıb, “Xronika Turkmenistana” nəşri məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, respublikanın paytaxtı Aşqabadda Sağlam cəmiyyətin təhlükəsizliyinin müdafiəsi xidmətinin əməkdaşları ticarət məntəqələrini gəzərək piştaxtalardan tütün məmulatlarını yığışdırmağı tələb ediblər.

Bundan sonra satıcılar siqaretləri piştaxta altından yalnız öz tanışlarına satırlar.

Bununla yanaşı, tütün məmulatlarının qiymətləri 1,5-2 dəfə artırılıb. Bir qutu siqaretin qiyməti markasından asılı olaraq hal-hazırda 22 manatdan 44 manata qədərdir (6 AZN-dən 12 AZN-ə qədər). Tək-tək siqaretlər 1,5-2 manata (0,23-0, 50AZN) satılır.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvar ayının 5-də Dövlət Təhlükəsizlik Şurasının iclasında Sağlam cəmiyyətin təhlükəsizliyinin müdafiəsi xidmətinin rəhbəri Atadurdu Osmanova töhmət verərək rütbəsini aşağı salıb.

Dövlət rəhbəri xidmətin işindən narazıçılığını bildirib və tütün çəkmə ilə mübarizədə daha fəal tədbirlərin görülməsini tələb edib.

Ölkə hakimiyyəti çoxdandır ki, siqaret çəkməklə mübarizə aparırlar. Türkmənistan qanunvericiliyi tütün məmulatlarının istifadəsini və satışını məhdudlaşdırır.