» » Zimbabvedə cəlladın olmaması səbəbindən ölüm hökmləri icra edilmir

Zimbabvedə cəlladın olmaması səbəbindən ölüm hökmləri icra edilmir

Zimbabvedə cəlladın olmaması səbəbindən ölüm hökmləri icra edilmir

Məhkumlar şikayət edirlər.

Zimbabve höküməti ölkədə cəlladın olmaması səbəbindən ölüm hökmlərinin icrasını qeyri-müəyyən vaxta təxirə salıb.

ucarliyiq.biz BBC News-a istinadən xəbər verir, bu barədə Konstitusiya məhkəməsinə şikayət edən bir neçə ölüm cəzasına məhkum olunmuş şəxsin məhəkəmə prosesində  məlum olub.

Məhkumlar bildiriblər ki, onlar uzun müddətdir ki, ölüm hökümünün icrasını gözləyirlər və bu insan haqlarının kobud pozulması deməkdir.

Şikayət edənlər ölüm hökmünü ömürlük cəza ilə əvəz olunmasını tələb edirlər.

Dövlət ittihamçısı bildirib ki, ölkədə cəllad yoxdur və bu vakant vəzifədə heç kim çalışmaq istəmir.

Məhkəmə hələlik heç bir qərar qəbul etməyib.