» » Davudoğlu: İstanbuldakı terrorla əlaqədar daha 4 nəfər saxlanılıb

Davudoğlu: İstanbuldakı terrorla əlaqədar daha 4 nəfər saxlanılıb

Davudoğlu: İstanbuldakı terrorla əlaqədar daha 4 nəfər saxlanılıb

“Hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır”.

Türkiyə polisi İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfəri saxlayıb.

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Əhmədə Davudoğlu İstanbulda təşkil olunmuş brifiqdə deyib.

“İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”, - Davudoğlu bildirib.

O əlavə edib ki, hal-hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır. Digərləri artıq evlərinə buraxılıb.

Xatırladaq ki, yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.