» » Cakartada silsilə partlayışlar: Ölənlər var – VİDEO

Cakartada silsilə partlayışlar: Ölənlər var – VİDEO

Cakartada silsilə partlayışlar: Ölənlər var – VİDEO

Sakinlərdən küçəyə çıxmamağı xahiş ediblər.

İndoneziyanın paytaxtı Cakartada silsilə partlayışlar baş verib, şəhərdə atışma səsləri eşidilir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə yanvar ayının 14-də CNN Indonesia məlumat yayıb.

İlkin məlumata görə, altı partlayış yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 07:00) Cakartanın mərkəzində baş verib, onlardan biri iri ticarət molu Sarinah yaxınlığında olub.

RT-nin məlumatına görə, partlayış nəticəsində polis bölməsi, BMT-nin İnformasiya mərkəzinin binasının girişindəki nəzarət keçid məntəqəsi və Starbucks kafesi zərər çəkib.

Reuters-in məlumatına görə, ən azı bir partlayışa kamikadze-terroristin aidiyyatı var. TASS İndoneziya KİV-nə istinadən beş ölü haqqında məlumat yayıb.

Sarinah ticarət mərkəzinin yerləşdiyi ərazidə hələ də atışma səsləri eşidilir. Bu ərazidə çoxlu sayda otel, xarici səfirliklər və ofislər yerləşir.

Atəşin kim tərəfindən açıldığı məlum deyil. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, CNN Indonesia məlumat yayıb. Sakinlərdən küçəyə çıxmamağı xahiş ediblər.