» » Ermənistanda daha bir qadın “donuz qripi”ndən öldü

Ermənistanda daha bir qadın “donuz qripi”ndən öldü

Ermənistanda daha bir qadın “donuz qripi”ndən öldü

O, şəkərli diabet xəstəsi idi.

Ermənistanın Səhiyyə Nazirliyi “donuz qripi”nin qarşısının alındığını iddia etsə də xəstəxanada daha bir xəstənin ölümü qeydə alınıb.

ucarliyiq.biz “Novosti Armenii”ya istinadən xəbər verir ki, “Erebuni” tibb mərkəzində 57 yaşlı Astxik Manvelyan ölüb.

Xəstəxananın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şuşan Unanyan qadının şəkərli diabet xəstəsi olduğunu bildirib. Qadın xəstəxanaya yanvarın 11-də gətirilib.

Xatırladaq ki, bu, Ermənistanda “donuz qripi”ndən 11-ci ölüm hadisəsidir.