» » Ermənistanda epidemiya: Əhali təşvişə düşüb

Ermənistanda epidemiya: Əhali təşvişə düşüb

Ermənistanda epidemiya: Əhali təşvişə düşüb

Profilaktik vasitələr bitib.

İrəvan sakinləri qrip və KRİV-in yayılması barədə xəbəri fonunda tibbi maskalar və virus əleyhinə məlhəmləri fəal şəkildə alırlar.

ucarliyiq.biz news.am-a istinadən xəbər verir ki, İrəvanın bir neçə əczaxanasında tibbi maskaların, oksolin və digər virus əleyhinə məlhəmlərin bitdiyi və onların yeni tədarük partiyalarını gözlədikləri barədə məlumat yayılıb.

Bir neçə nəfər bu sadə profilaktik vasitələri tapmaq üçün artıq bir neçə əczaxananı gəzdiklərini, kiminin son maskaları aldığını, kiminin isə heç nə tapmadığını bildiriblər.

Xatırladaq ki, son günlərdə Ermənistanda qrip və kəskin respirator virus infeksiyasının yayılması müşahidə edilir. 

Xəstəxanaya yatırılanların sayı artır, amma Səhiyyə Nazirliyi ölkədə epidemiya olmasını təsdiqləmir.

Bununla yanaşı, ölkədə “donuz qripi”ndən 11 ölüm hadisəsi qeydə alınıb.