» » Avropa İttifaqı İrana qarşı sanksiyaların ləğvini təxirə saldı

Avropa İttifaqı İrana qarşı sanksiyaların ləğvini təxirə saldı

Avropa İttifaqı İrana qarşı sanksiyaların ləğvini təxirə saldı

Texniki tədbirlər çərçivəsində.

Aİ İrana qarşı sanksiyaların ləğv edilməsini İranın nüvə proqramı üzrə razılaşmasının implementasiyasından öncə lazımi texniki tədbirlər çərçivəsində yanvar ayının 28-nə qədər təxirə salıb, Reuters agentliyi məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, İran və “altılıq” arasında əldə edilən razılaşmadan altı ay keçdikdən sonra cümə axşamı bəzi sanksiyaların ləğv edilməsi gözlənilirdi, amma Avropa diplomatları sanksiyaların yanvar ayının 28-nə qədər davam edəcəyini gözləyirlər.

Avropadakı diplomatik mənbə daha öncə  Beynəlxalq atom enerjisi agentliyi yanvar ayının 15-də İran üzrə hesabat təqdim edə biləcəyi, bu hesabatdan sonra Vyanada iyulda qəbul edilmiş Vyana razılaşmasının implementasiyasını elan etmək üçün “altılığ”ın XİN rəhbərlərinin görüşü barədə qərarın razılaşdırılması barədə məlumat yaymışdı.