» » Di Kaprio altıncı dəfə “Oscar”a namizəd kimi göstərilib

Di Kaprio altıncı dəfə “Oscar”a namizəd kimi göstərilib

Di Kaprio altıncı dəfə “Oscar”a namizəd kimi göstərilib

Los-Ancelesdə əsas kino mükafatına namizədlərin adları açıqlandı.

Los-Ancelesdə “Oscar” mükafatına namizədlərin adları açıqlanıb.

ucarliyiq.biz xəbər verir ki, “ən yaxşı aktyor” adı uğrunda Leonardo Di Kaprio (“Sağ qalan”), Brayan Krenston (“Trambo”), Mett Deymon (“Marslı”), Maykl Fassbemder (“Stiv Cobs”) və Eddi Redmeyn (“Danimarkadan olan qız”) mübarizə aparır.

“Ən yaxşı aktrisa” Keyt Blanşett (“Kerol”), Bri Larson (“Otaq”), Cennifer Lourens (“Coy”), Şarlotta Remplinq (“45 il”) və Sirşa Ronan (“Bruklin”) ola bilər.

“Ən yaxşı rejissor” kateqoriyasında Tomas Makkarti (“Diqqət mərkəzində”), Adam Makkey (“The Big Short”), Corc Miller (“Dəlisov Maks: Qəzəb yolu”), Aleksandro Qonsales İnyarritu (“Sağ qalan”) və Leonard Abrahamson (“Otaq”) kimi rejissorların adları qeyd olunur.

“The Big Short”, “Casus körpüsü”, “Dəlisov Maks: Qəzəb yolu”, “Marslı”, “Sağ qalan”, “Otaq” və “Diqqət mərkəzində” “Ən yaxşı film" nominasiyasında “Oskar”a namizəd kimi irəli sürülüb.

Xatırladaq ki, bundan əvvəl Di Kaprio “Hibert Qreypi nə narahat edir?”, “Aviator”, “Qanlı almaz” və “Uol-stritt canavarı” filmlərində baş rola görə “Oscar” namizəd göstərilib.