» » Tacikistan aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıldı

Tacikistan aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıldı

Tacikistan aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıldı

Ölkə əhalisinin 33%-dən çoxu aclıqdan əziyyət çəkir.

Beynəlxalq Qida Siyasəti Araşdırma İnstitutu (IFPRI) Tacikistanı postsovet məkanında aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıb.

ucarliyiq.biz-ın məlumatına görə, mütəxəssislərin hazırladığı reytinqə əsasən Tacikistanın əhalisinin 33%-dən çoxu aclıqdan əziyyət çəkir.

Əsas səbəb kimi Rusiyada yaşanan iqtisadi böhran göstərilir. 

Ekspertlər ölkə əhalisinin iqtisadi rifahının kəskin pisləşməsini tacik miqrantlarının evlərinə göndərdikləri pul vəsaitlərinin əhəmiyyətli dərəcədə azaldılması ilə əlaqələndirirlər.

Tacikistan Milli Bankıının məlumatına görə, ötən il köçürmələrin həcmi 2014-cü il ilə müqayisədə 40% azalıb.