» » “Qazprom” “Türkmənqaz”a fasilə təklif etdi

“Qazprom” “Türkmənqaz”a fasilə təklif etdi

“Qazprom” “Türkmənqaz”a fasilə təklif etdi

“Özbəkistan daha adekvat qiymət siyasəti aparır”.

“Qazprom” “Türkmənqaz”a bütün 2016-cı ilboyu qaz alışı üzrə müqavilə fasiləsini tətbiq etməyi təklif edib, İnterfaks danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, o, Özbəkistanın bazar konyukturasında dəyişmələrə müvafiq qiymətləri korrektə edərək daha adekvat qiymət siyasəti apardığını, nəticədə Özbəkistanda “rəqəmlər”in Türkmənistanda olduğundan daha ucuz olduğunu qeyd edib.

İnterfaks-ın həmsöhbəti Xəzəryanı qaz kəmərinin inşasına dair danışıqların bərpasına dair Türkmənistanın bu yaxınlarda ifadə edilən istəklərini şərh edərkən qeyd edib ki, bu danışıqların türkmən qazının alış qiymətlərinin dəyişdirilmədən aparılması mənasızdır.

“Qazprom eksport” daha öncə Türkmənistanı 2016-cı ilin yanvar ayında türkmən qazının qəbulunun dayandırılacağı barədə xəbərdarlıq edib.

“Bu qərarın əsasında beynəlxalq qaz bazarında konyulturanın dəyişməsi, eləcə də “Qazprom eksport”da yaranmış ayrı-ayrı iqtisadi və maliyyə məsələləri durur”, - “Türkmənqaz” bəyan edib.