» » Bolqarıstan yeni qaz layihəsi təklif edir

Bolqarıstan yeni qaz layihəsi təklif edir

Bolqarıstan yeni qaz layihəsi təklif edir

Qaz Azərbaycan anbarlarına daxil olmalıdır.

Bolqarıstan Rusiya qazını Ukraynadan yan keçərək Avropa istehlakçılarına tədarük edəcək yeni qaz-kəmər layihəsini təqdim edib.

ucarliyiq.biz “ufirms.ru”ya istinadən xəbər verir ki, daha öncə Bolqarıstanın baş naziri Boyko Borisov Deutsche Welle-yə verdiyi müsahibəsində ölkəsinin “Balkan” qaz anbarı layihəsi sayəsində Cənubi-şərq və Mərkəzi Avropaya qaz tədarükünün tranzitçisi olmaq niyyətini bildirmişdi.

Borisov bəyan edib ki, Rusiya “Cənub axını”nın heç olmasa sualtı hissəsinin hər birinin illik 10 milyard kubmetr ötürücülük qüvvəsinə malik iki borunu inşa etməyə razılaşa bilər. Bu borular sonradan yeni boru kəməri ilə qazı Avropaya nəql edəcəklər.

Layihəyə görə, qaz Azərbaycan anbarlarına Rusiya və Türkmənistandan, eləcə də rumın və bolqar yataqlarından daxil olacaq.

Bundan başqa, Bolqarıstan və Avropa komissiyası “Balkan” qaz xabının inşasının konsepsiyasını və maliyyə planını işləyəcək müştərək işçi qrupun yaradılmasına dair razılığa gəliblər.