» » İrəvanın simvollarından biri söküləcək

İrəvanın simvollarından biri söküləcək

İrəvanın simvollarından biri söküləcək

Şəhər meriyası qərar qəbul edib.

İrəvanın simvollarından biri – “Zvartnots” aeroportunun köhnə binası şəhər meriyasının qərarı ilə söküləcək.

ucarliyiq.biz “panarmenian.net”ə istinadən xəbər verir ki, bu qərar ictimaiyyətin Ermənistan Memarlar İttifaqının və İctimai Şuranın qəzəbinə səbəb olub.

2013-cü ilin aprel ayında “Zvartnots” aeroportunun konsessioneri – “Ermənistan Beynəlxalq Aeroportları” QSC İrəvan şəhərinin meriyasına müraciət edərək köhnə binanın sökülməsi üçün icazə istəyib.

“Zvartnots” aeroportunun sahibi erməni mənşəli argentinalı Edurdo Ernikyan bəyan edib ki, aeroportun dairəvi binası yararsızdır. Təhlükəsizlik nöqteyi-nəzərindən bina istifadə edilmir.

Ernikyan qeyd edib ki, binanın təməli zəifdir və onu dəyişmək lazımdır.