» » Qazaxıstan neftin bir bareli üçün 20 dollar qiymətinə hazırlaşıb

Qazaxıstan neftin bir bareli üçün 20 dollar qiymətinə hazırlaşıb

Qazaxıstan neftin bir bareli üçün 20 dollar qiymətinə hazırlaşıb

“Biz büdcə üzrə sərt qərarlar qəbul etməli olacağıq”.

Qazaxıstan hökuməti iqtisadiyyatın inkişafının neftin bir barel üçün 20 dollar qiymətinə hesablanmış ssenarisini hazırlayır.

ucarliyiq.biz interfaks-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtcan Saqintayev brifinq zamanı bildirib.

“Neftin qiymətinin sürətlə düşməsini və dünya bazarlarında qeyri-sabitliyi nəzərə alaraq, dövlət rəhbəri hökumətə neftin müxtəlif dünya qiymətlərində, hətta bir barel üçün 20 dollar olacağı halda Qazaxıstan iqtisadiyyatının inkişafı ssenarisini hazırlamağı tapşırıb”, - vitse-premyer deyib.

Bu qəbildən olan proqnozlar hökumətin iqtisadi şurasının yanvar ayının 19-da keçiriləcək iclasında da müzakirə ediləcək. Amma hakimiyyət artıq büdcə üzrə sərt qərarlar qəbul etməyə hazırdır.

“Ola bilər ki, biz büdcə üzrə sərt qərarlar qəbul etməli olacağıq. Bununla yanaşı, sosial sahənin və “Nurlı Jol” (mənzillərin ilkin ödəniş olmadan minimal faizlərlə təqdim edildiyi dövlət proqramı) inkişaf proqramının bütün xərcləri saxlanılacaq”, - Saqintayev deyib.

O, həmçinin hakimiyyət tərəfindən böhran əleyhinə tədbirlərin maliyyələşdirilməsi üçün əlavə ehtiyatların da ayrıldığını bildirib.