» » Türkiyədə ali məktəb müəllimlərinin həbsinə başlanılıb

Türkiyədə ali məktəb müəllimlərinin həbsinə başlanılıb

Türkiyədə ali məktəb müəllimlərinin həbsinə başlanılıb

Onlar dövləti kürdlərin qətlində ittiham ediblər.

Türkiyənin Kocaeli Universitetində çalışan 21 müəllim polis tərəfindən saxlanılıb.

ucarliyiq.biz-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, ali məktəb müəllimləri Kocaeli Cümhuriyyət Prokurorluğunun “Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, hökumətini, Böyük Millət Məclisini və dövlətin hüquq-mühafizə sistemini açıq şəkildə aşağılamaq” və “Terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə açdığı cinayət işi çərçivəsində bu gün polis idarəsinə aparılıblar.
 
Saxlanılanlar “Barış üçün akademisyenler inisiyatifi” adlı müraciətdə imzası olan şəxslərdir. 

Müraciətə ümumilikdə Türkiyədəki 89 universitetindən 1128 nəfər imza atıb. Sənəddə Türkiyənin cənub-şərqində aparılan hərbi əməliyyatlara qəti etiraz bildirilir və əməliyyatların dərhal dayandırılması tələb olunur. 

Müraciət müəllifləri dövləti kürd xalqı başda olmaqla, bütün bölgə xalqlarına qarşı qətliam və sürgün siyasəti həyata keçirməkdə ittiham ediblər. Müraciətə aralarında Noam Çomskinin də olduğu, xarici ölkələrin akademik çevrələrinin bəzi nümayəndələri də imza atıb.