» » Afrikada yenidən Ebola epidemiyası tüğyan edir

Afrikada yenidən Ebola epidemiyası tüğyan edir

Afrikada yenidən Ebola epidemiyası tüğyan edir

Ümumdünya Səhiyyə Təşkilatı təsdiqləyir.

Bu yaxınlarda Eboladan tamamən azad olan Qərbi Afrikada yenidən ölümcül xəstəliyə yoluxma halı qeydə alınıb.  

ucarliyiq.biz “Rosbalt”a istinadən xəbər verir ki, Syerr-Leonda Ebolaya yenidən yoluxmanı Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Syerr-Leon epidemiyadan noyabrda tamamən azad edilib, amma 90 günlük karantin dövrünü keçə bilməyib.

Ebola Liberiyada dayandırılıb, Qvineya və Syerr-Leondan alınan pozitiv xəbərlərdən sonra isə Qərbi Afrikanın virusdan tamamən azad olmasından danışmaq imkanı verdi.

2014-cü ilin fevral ayından 11 min adam bu ölümcül virusun qurbanı olub, daha 28 min adam isə bu virusa yoluxub.