» » Gürcüstanda “Qazprom” ilə əməkdaşlığa qarşı etiraz aksiyaları başlayıb

Gürcüstanda “Qazprom” ilə əməkdaşlığa qarşı etiraz aksiyaları başlayıb

Gürcüstanda “Qazprom” ilə əməkdaşlığa qarşı etiraz aksiyaları başlayıb

“Etirazın bütün normaları tətbiq ediləcək”.

Mixeil Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvləri Tbilisidə Kürün sahilində Enerji Nazirliyinin qarşısında toplaşıblar.

Onlar “Qazprom” əleyhinə plakatı körpüdən asmağa icazə verməyən polislə qarşıdurma ilə nəticələnən piket keçiriblər.

ucarliyiq.biz “Vzqlyad.ru”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları əllərində üzərində ““Qazprom”a yox!” yazılan plakatlar tutublar. Onlar Rusiya inhisarçı müəssisənin əməkdaşlarını fitə basıblar.

Bununla yanaşı, Gürcüstanın baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bu gün bəyan edib ki, “millilər” “Qazprom” mövzusunu bu il keçiriləcək Gürcüstan parlament seçkiləri üçün şəxsi siyasi maraqlarında istifadə edirlər.

Qeyd edək ki, çərşənbə axşamı Saakaşvilinin partiyası “Qazprom” ilə əlaqə üçün hökumətə qarşı kütləvi aksiyaların keçirilməsinə hazırlıqların başlanmasını elan etmişdi.