» » Azərbaycandan olan milyonçu rus dilini unutdu

Azərbaycandan olan milyonçu rus dilini unutdu

Azərbaycandan olan milyonçu rus dilini unutdu

O, dağ yəhudi dilindən tərcüməçi tələb edib.

Rusiyalı müstəntiqlər Quba rayonunun Qırmızı qəsəbə kəndinin sakini və Telman İsmayılovun sabiq biznes-tərəfdaşı, DİN-in Moskva üzrə Dövlət İstintaq İdarəsinin müstəntiqlərinə 2 milyon rubl rüşvət verdiyi üçün saxlanılan milyoner Roman Manaşirovun işində qəribə şəraitlə üzləşiblər. 

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, kişi bütün ömrü boyu Rusiyada yaşamağına baxmayaraq rus dilini unutduğunu iddia edir.

Manaşirov dağ yəhudi dilindən tərcüməçi tələb edib. Manaşirov bu tələbdən sonra təyin edilmiş tərcüməçiləri anlamadığını söyləyib. Milyoner Azərbaycanın Quba rayonunun xüsusi dialekti olduğunu iddia edib.

Tərcümənin bütün çətinliklərinə baxmayaraq İK Manaşirovun həbs müddətinin uzadılmasına dair müraciəti Moskvanın Presnenski məhkəməsinə təqdim edib.

Xatırladaq ki, Roman Manaşirov Rusiya DİN-in Moskva üzrə Dövlət istintaq idarəsinin müstəntiqləri – polkovnik Viktor Rubaşkin və podpolkovnik Vladimir Andrievskini öz biznes-tərəfdaşı Januko Rafailova qarşı cinayət işinə xitam vermək üçün razılığa gətirib. Rafailova qarşı “cinayət icmasının təşkili” maddəsi ilə cinayət işi qaldırılmışdı.

Onun firmasında qeyri-qanuni olaraq yüzlərlə mühacir çalışırdı. Bununla yanaşı, müstəntiqlər Rafailovu qaçaq oliqarx Telman İsmayılovun yaxın köməkçisi kimi də xatırlayırlar.  

Andriyevski, Rubaşkin və Manaşirov iki milyonu verərkən saxlanılıb. Podpolkovnik Vladimir Andriyevski dindirilmə zamanı İK-nın binasından qaçıb, onun həmkarı isə həbs edilib.