» » German Qref: Neft əsri bitdi

German Qref: Neft əsri bitdi

German Qref: Neft əsri bitdi

“Welcome to the Future!”.

Sberbank-ın rəhbəri German Qref əmindir ki, neft əsri başa çatıb, dünya iqtisadçıları isə artıq kotirovkaların dəyişkənliyinə istiqamət götürməməlidirlər.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, bu bəyanat Qaydar forumunun çərçivəsində səslənib.

“Daş dövrü daşın bitdiyi üçün bitmədi, bunu neft əsri haqqında da demək olar, neft əsri neftin tükəndiyi üçün bitmədi.

Onun qalığı olacaq, amma nə qədər bilmirəm. Bəlkə 10 il, elektromobillərin infrastrukturu lazımi dərəcədə inkişaf edənə qədər”, - Sberbank-ın rəhbəri bəyan edib və sabah neftin bir barelinə bazarın nə qiymət qoyacağının vacib olmadığını vurğulayıb.

“Mən ilk dəfə Tesla avtomobilinə oturduqda anladım ki, gələcək gözlədiyimizdən əvvəl təşrif buyurub. Welcome to the Future! Biz artıq burdayıq”.

Daha öncə Rusiya Sberbank-ının rəhbəri neftin bir bareli üçün dünya qiymətinin 25 dollara qədər ucuzlaşacağı halda valyutaların məzənnəsinə dair proqnozunu səsləndirib.