» » Dağıstanda 60 nəfər “donuz qripi”nə yoluxub

Dağıstanda 60 nəfər “donuz qripi”nə yoluxub

Dağıstanda 60 nəfər “donuz qripi”nə yoluxub

İki aya yaxın müddətdə.

2015-ci ilin dekabr ayının 1-dən bu günə qədər Dağıstanda təxminən 60 “donuz qripi”nə yoluxma halı qeydə alınıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bu vəziyyət daha ağır kliniki mənzərəni və ağırlaşmaları, o cümlədən də viruslu sətəlcəm yaradır”, - məlumatda deyilir.

Nazirlikdən qeyd edilib ki, epidemik vəziyyətə dair gündəlik olaraq monitorinq aparılır və respublikanın infeksiya qərargahında müzakirə edilir.