» » Venesuelada fövqəladə iqtisadi vəziyyət tətbiq edildi

Venesuelada fövqəladə iqtisadi vəziyyət tətbiq edildi

Venesuelada fövqəladə iqtisadi vəziyyət tətbiq edildi

Neftin qiymətinin ucuzlaşması ölkədə iqtisadi böhrana səbəb olub.

Venesuela prezidenti Nikolas Maduro ölkədə 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, müvafiq qərar bu gün ölkə hökumətinin növbədənkənar iclasında qəbul edilib.

Bu qərar ölkə vətəndaşlarının təhsil, səhiyyə, əmlak və s. sosial hüquqlarının müdafiəsinə yönəlib. 

Yaxın müddət ərzində Venesuelanın iqtisadiyyat naziri Luis Rodriqes hökumətin atacağı konkret addımlarla bağlı ətraflı məlumat verəcək.  
 
Qeyd edək ki, son iki ildə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Venesuelada iqtisadi böhrana səbəb olub.