» » Ankara meri ABŞ səfirini ölkəni tərk etməyə çağırıb

Ankara meri ABŞ səfirini ölkəni tərk etməyə çağırıb

Ankara meri ABŞ səfirini ölkəni tərk etməyə çağırıb

“Türkiyə ilə ABŞ arasında olan dost münasibətləri pozmaq lazım deyil”.

Ankaranın meri Melih Gökçek amerikalı səfir Con Bassanı türkiyəli alimlərin saxlanılması ilə bağlı dediyi sözlərə görə ölkəni tərk etməyə çağırıb, ucarliyiq.biz Today's Zaman-a istinadən xəbər verir.

“Siz Türkiyəni düşmən kimi təsvir etməyə çalışırsız... Xahiş edirəm, Türkiyə ilə ABŞ arasında olan dost münasibətləri pozmaq lazım deyil. Cənab səfir, ABŞ sizi Türkiyədə öz nümayəndəsi təyin etməkdə səhv edib. Qoy bura Türkiyə barədə daha çox məlumatı olan diplomatik nümayəndə gəlsin”, - Gökçek öz Twitter səhifəsində yazıb.

Xatırladaq ki, yanvarın 15-də Türkiyədə ölkənin cənub-qərbindəki hadisələrlə bağlı hökümətə müraciət edən 14 alim həbs edilib.

Prokurorluq onları “Türkiyə xalqını, dövlətini, hökümətini, parlamentini və məhkəməsini təhqir etməkdə” günahlandırıb.

ABŞ-ın Türkiyədəki səfiri Con Bass öz Twitter səhifəsində alimlərin saxlanılmasını qınayıb. O, hökümətin tənqid edilməsini dövlətə xəyanətlə bir tutulmasına etiraz edib.