» » Almaniyada qaçqın kişilərə hovuza getmək qadağan edildi

Almaniyada qaçqın kişilərə hovuza getmək qadağan edildi

Almaniyada qaçqın kişilərə hovuza getmək qadağan edildi

Son günlərdə gəlmələrin sayı artıb.

Almaniyada Bonn şəhəri yaxınlığında yerləşən Bornhaym şəhərində qaçqınlara ictimai hovuza girmək qadağan edilib.  

ucarliyiq.biz RG-ya istinadən xəbər verir ki, şəhər administrasiyası bu qərarı hovuza gələn xanım müştərilərin və əməkdaşların yaxınlıqda yerləşən qaçqınlar yataqxanasında yerləşən qaçqın kişilər tərəfindən məruz qaldıqları təcavüz şikayətləri əsasında qəbul edib.

Cümə günü müəssisənin sosial şəbəkələr üzrə nümayəndəsi Markus Şnapka bəyan edib ki, söhbət cinayətdən getmir. Qadağa yataqxanada yerləşən köçkünlərin anlaşılmazlığına səbəb olub.

“Şəhərin sosial xidmətlərindən bu ismarıcın ünvana çatdığı barədə xəbər alan kimi, qadağa ləğv ediləcək”, - Şnapka KİV-nin məlumatını təsdiqləyərək bildirib.

Bununla yanaşı, son məlumata görə, Almaniyada son zamanlarda Şimali Afrikadan gələnlərin sayı artıb.

Ənənəvi olaraq mərakeşlilər və əlcəzairlilər İspaniya və Fransaya miqrasiya edirdilər. İndi isə Şimali Afrika ölkələrinin sakinlərinin çoxu Almaniyaya gəlir. Frankfurter Rundschau Almaniyanın federal statistik idarəsinə istinadən yalnız dekabr ayında ölkəyə 2300 Əlcəzair və 3000 Mərakeş vətəndaşının gəldiyinə dair məlumat yayıb.  

2014-cü il ərzində AFR-də sığınacaq almaq üçün bu ölkələrin 4000 vətəndaşı müraciət edib.

AFR-nin daxili işlər naziri Tomas de Mezyer yanvar ayının əvvəlində miqrasiyaya dair yeni hesabatın təqdimatı zamanı Əlcəzair və Mərakeşdən imiqrasiyanı xüsusi problem adlandırıb. Daha sonra əlcəzairlilərin və mərakeşlilərin Kölndə yeni il gecəsində hücumlarda ittiham edilənlər arasında olmaları məlum oldu.