» » Dodaqlarin çatlamaması üçün nə etməli?

Dodaqlarin çatlamaması üçün nə etməli?

Dodaqlarin çatlamaması üçün nə etməli?


Çatlayan dodaqlar üçün masaj, krem və aşağıda göstərilmiş müalicəvi maskaları təqdim edirik
Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.

Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb uçuqlayan dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəcəksiniz.

Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.

Gigiyenik dodaq boyası: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigyenik pomadalardır. Hansı vasitəni - parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.


Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.

Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.

Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.

Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.