» » Zərif: İrana qarşı sanksiyalar yanvarın 16-da ləğv ediləcək

Zərif: İrana qarşı sanksiyalar yanvarın 16-da ləğv ediləcək

Zərif: İrana qarşı sanksiyalar yanvarın 16-da ləğv ediləcək

İran dondurulmuş aktivlərə çıxış əldə edəcək.

İranın xarici işlər naziri Mohammed Cavad Zərif bəyan edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar şənbə günü - yanvar ayının 16-da ləğv edilə bilər, Reuters məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, daha öncə Zərifin Vyanada ABŞ-ın dövlət katibi Con Kerri və Aİ-nin beynəlxalq işlər üzrə ali nümayəndəsi Federika Mogerini ilə İran nüvəsi üzrə sazişlə əlaqədar görüşəcəyi məlum olub.

Beynəlxalq atom energetikası agentliyi İranın nüvə razılaşmasının yerinə yetirilməsi üzrə hesabatı, çox güman ki, yanvarın 16-da dərc edəcək.

Hesabatdan sonra İranın XİN rəhbəri Mohammed Cavad Zərif və xarici siyasət üzrə avrokomissar Federika Mogerini sanksiyaların ləğv edilməsinə dair yekun bəyanat verəcəklər.

Sanksiyalar ləğv edildikdən sonra İran xarici hesablarda dondurulmuş aktivlərə çıxış əldə edəcək.

Hesabların dəyəri Amerikanın Maliyyə nazirinin qiymətləndirməsinə görə, 50 milyard dollardan ibarətdir. İran həmçinin neft ixracını bir gündə 500 min barelə qədər artıra bilər, bu isə bazarın böyüməsinə və tələbatın bolluğuna gətirib çıxaracaq.