» » Ermənistan Rusiyadan ucuz qaz istəyir

Ermənistan Rusiyadan ucuz qaz istəyir

Ermənistan Rusiyadan ucuz qaz istəyir

Yerli istehsalçılar narahatdırlar.

Ermənistan rəhbərliyi ölkəyə idxal olunan təbii qazın ucuzlaşdırılması üçün Rusiya tərəfinə müraciət edib.

ucarliyiq.biz xəbər verir ki, belə bir bəyanatla erməni hökumətinin rəhbəri Ovik Abramyan çıxış edib.

“Yerli istehsalçılar enerji daşıyıcılarının qiymətlərinin yerli məhsulların rəqabətqabiliyyətliliyi və iş yerlərinin saxlanılmasına mənfi təsiri ilə bağlı baş nazirə narahatlıqlarını bildiriblər”, - deyə, məlumatda qeyd olunur.

Qeyd olunur ki, sahibkarlar Abramyandan Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində təbii qazın qiymətlərini ucuzlaşdırmaq və milli valyutada hesablaşmalara keçmək xahişi ilə Rusiyaya müraciət etsin.