» » ABŞ və Aİ İran üzərindən sanksiyaları götürdü

ABŞ və Aİ İran üzərindən sanksiyaları götürdü

ABŞ və Aİ İran üzərindən sanksiyaları götürdü

Obama fərman verib.

ABŞ prezidenti Barak Obama şənbə günü İran üzərindən sanksiyaların götürülməsi barədə fərman verib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Ağ evin mətbuat xidməti xəbər verir.

“Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib”, - Obama qeyd edib.
 
“ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram”, - ABŞ prezidenti əlavə edib.

Avropa İttifaqi da İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü yazılı şəkildə təsdiqləyib.   

“Yazılı prosedur artıq başa çatıb”, - Aİ-dəki adının açıqlanmasını istəməyən mənbə bildirib.

İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerini bildirib ki, yanvarın 16-dan etibarən İranın nüvə proqramına dair sazişin implementasiyasına başlanılıb, nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilən çoxtərəfli və milli iqtisadi sanksiyalar ləğv edilib.