» » “Gürcüstanın səsi” radiosunun direktoru intihar edib

“Gürcüstanın səsi” radiosunun direktoru intihar edib

“Gürcüstanın səsi” radiosunun direktoru intihar edib

O prokuroru öldürməkdə təqsirli bilinirdi.

“Gürcüstanın səsi” radiosunun direktoru Bidzina Kuçava özünü güllələyərək intihar edib. Bundan əvvəl o Sameqrelo bölgəsinin prokuroru Zemo Svaneti Vaxtanqa Kiriyanın qətlində şübhəli bilinirdi.

Bu barədə ucarliyiq.biz “Qruziya Online”na istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Kuçava prokuror əməkdaşının qətlinin ona bağışlanmayacağını başa düşərək intihar edib. Qeyd olunur ki, “Gürcüstanın səsi” radiosunun direktoru yanvarın 17-də Gürcüstanı tərk etmək istəyərkən avtomobildə özünü güllələyib. Bir gün əvvəl Onun Tiflisdəki evində axtarış aparılmışdır.

İlkin versiyada prokurorun xidməti vəzifəsinə görə güllələndiyi ehtimal olunurdu. O, işğal altında olan Abxaziya ərazisində törədilən cinayəti araşdırırmış. Sonra isə məlum olub ki, özünü güllələyən radio direktoru onunla yaxın qohum olub və aralarında borc üstündə münaqişə baş verib. Prokurorun cəsədi də radio direktorunun adına kirayələnən evdə tapıldığı bildirilib.
 
Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Hazırda ekspertlər tərəfindən hadisə təhlil edilir.