» » Rusiya AŞPA-nın qış sessiyasında iştirakdan imtina etdi

Rusiya AŞPA-nın qış sessiyasında iştirakdan imtina etdi

Rusiya AŞPA-nın qış sessiyasında iştirakdan imtina etdi

“Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik”.

Rusiya nümayəndə heyəti AŞPA-nın yanvar ayının 25-dən 29-na qədər Strasburqda keçiriləcək qış sessiyasında iştirak etməyəcək. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı 4 müxtəlif mənbə bildirib.

Rusiyanın AŞPA-nın işinə dair münasibətini yanvar ayının 18-də Dövlət Dumasının sədri Sergey Narışkin açıqlamalıdır.

Məlumata görə, artıq bununla bağlı yekun qərar qəbul edilib.

“Xarici İşlər Nazirliyi bir neçə variantın nəzərdən keçirildiyi məruzə hazırlamışdı.

Lakin Rusiyanın AŞPA-da tapdalanmış hüquqlarının bərpa ediləcəyi ilə bağlı təminat yoxdur.

Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik”- deyə Dövlət Dumasındakı mənbə qeyd edib.

Bununla yanaşı, qeyd edilib ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək.