» » Dünyanın ən kasıb insanları daha bir trilyon yoxsullaşdılar

Dünyanın ən kasıb insanları daha bir trilyon yoxsullaşdılar

Dünyanın ən kasıb insanları daha bir trilyon yoxsullaşdılar

Planetin cəmi 62 sakini isə 1,76 trilyon dollar varlandılar.

Yerdə yaşayan 3,6 milyard ən yoxsul adamın sərvəti isə 2010-cu ildən bu tərəfə 1 trilyon dollara yaxın azalıb.

Bu məlumat fəaliyyəti yoxsulluqla mübarizəyə həsr edilən qeyri-kommersiya təşkilatı Oxfam-ın hesabatında göstərilib, ucarliyiq.biz xəbər verir.

Qeyd edilir ki, dünyanın ən zəngin 62 nəfəri məhz bu məbləğdə sərvətə malikdir.

Onların kapitalı elə bu dövr ərzində 1,76 trilyon dollara qədər artıb.

2010-cu ildə bəşəriyyətin ən kasb yarısının sahib olduğu sərvətə dünyanın ən zəngin 388 nəfəri malik idi.

Təşkilat zənginlər və yoxsullar arasında fərqin belə artmasına səbəb kimi əsasən zənginlərin çıxışı olduğu vergi imtiyazlarını, əməyin ən çox və ən az ödənilməsi arasında fərqin artmasında və işçilərin maddi mükafatlandırılmasının azalmasında görürlər.  

Daha öncə 2016-cı ildə dünyanın ən zəngin adamlarının 1%-nin dünya sakinlərinin qalan 99%-nin malik olduğu sərvətə sahib olacaqları barədə məlumat yayılmışdı.