» » Klinton: Putin davakardır

Klinton: Putin davakardır

Klinton: Putin davakardır

“Bizə bir-birimizlə işləmək çətin idi”.

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Rusiya prezidenti Vladimir Putin ilə ünsiyyət qurmaqda çətinlik çəkdiyini etiraf edib, bir-birinə qarşı münasibətləri hörmətə əsaslansa da Klinton onu “sataşqan” kimi xarakterizə edib, ucarliyiq.biz xəbər verir.  

“Mənim onunla münasibətim... Bu, maraqlıdır... Düşünürəm ki, bu, hörmətdir. Bizə bir-birimizlə işləmək çətin idi.

Mən bilirəm ki, Putin onunla münasibətdə öz fikrinizdə daima inad etməli olacağınız adamdır”, - Klinton Demokratik partiyadan ABŞ prezidentliyinə namizədlərin debatının gedişatında etiraf edib.

Bununla yanaşı, o, Rusiya prezidentini siz razılaşana qədər, götürəcəyi qədər götürən araqarışdıran ilə müqayisə edib.

Bununla əlaqədar Klinton ehtimal edir ki, ABŞ Avropa ölkələri ilə bərabər fəaliyyət göstərməlidir.

O, Avropa İttifaqının Krım və Donbasda baş verən hadisələrə görə, Rusiyaya qarşı sanksiyalar yürütməsinə şad olduğunu da qeyd edib.

“Biz birgə olmalıyıq və Putinin Avropa və Yaxın Şərqdə daha da aqressiv mövqe tutmasına imkan verməməliyik”, - namizəd əlavə edib.