» » İrəvanın mərkəzində atışma

İrəvanın mərkəzində atışma

İrəvanın mərkəzində atışma

Xəsarət alanlar var.

Avqustun 30-da Ermənistanın paytaxtı İrəvanın mərkəzində atəş səsləri eşidilib.

ucarliyiq.biz erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan İstintaq komitəsi faktla bağlı cinayət işinə başlayıb.

Bildirilir ki, avqustun 30-da saat 22:10 radələrində Əmiryan küçəsində dava baş verməsi və atəş səslərinin eşidilməsi haqqında siqnal daxil olub.

Hadisə yerinə baxış keçirərkən “Voltran” sistemli tapança, 1 patron və 1 giliz aşkarlanıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, təhqiqat gedir.