» » İran ABŞ-ın yeni sanksiyalarından qorxmur

İran ABŞ-ın yeni sanksiyalarından qorxmur

İran ABŞ-ın yeni sanksiyalarından qorxmur

“Sanksiyalar istənilən maliyyə əməliyyatına qadağanı nəzərdə tutur”.

İran ABŞ tərəfindən yeni sanksiyalara baxmayaraq gələcəkdə də ölkənin raket potensialını artıracaq, bu barədə İranın XİN rəsmi nümayəndəsi Hüseyn Caber Ansari bildirib, Press TV onun sözlərindən sitat gətirib.   

ucarliyiq.biz xəbər verir ki, daha öncə ABŞ-ın Maliyyə Nazirliyi İranın raket proqramına aidiyyatı olduğuna görə, İranın altı və Çinin bir vətəndaşını, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin iki, Çin Xalq Respublikasının isə bir şirkətini sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına salıb.

Sanksiyalar bu şəxslər və şirkətlər ilə istənilən maliyyə əməliyyatına qadağanı nəzərdə tutur, onların ABŞ-dakı əmlakı və ABŞ banklarındakı aktivləri dondurulmalıdır.

“Qara siyahı”ya Honqkonqda Anhui Land group Сo., Limited və BƏƏ-nin Candid general trading LLC və Mabrooka trading co L.L.C şirkətləri düşüb.