» » » Nazir müavini: Fevral ayının 1-dən əhali sosial ödənişləri artımla ala biləcək

Nazir müavini: Fevral ayının 1-dən əhali sosial ödənişləri artımla ala biləcək

Nazir müavini: Fevral ayının 1-dən əhali sosial ödənişləri artımla ala biləcək

“Yaxın həftələrdə dövlət büdcəsinin layihəsinə yenidən baxılacaq”.

Fevral ayının 1-dən əhali sosial ödənişləri artımla ala biləcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev jurnalistlərə bildirib.

İ.İsayev dövlət büdcəsindən sosial ödənişlərin artırılmasına ayrılan vəsaitdən də danışıb:

“Qeyd olunan artımlar əlbəttə ki, dövlət büdcəsindən əlavə vəsaitlər tələb edir.

Bununla bağlı dövlət büdcəsində müvafiq dəyişikliklər hazırlanıb və müvafiq qaydada  hökumətə təqdim edilib. Yaxın həftələrdə dövlət büdcəsinin layihəsinə yenidən baxılacaq.

Bu adddımlar həmin layihədə nəzərə alınacaq. Onu da qeyd etmək lazımdır ki, hətta dövlət büdcəsinə dəyişiklik etməmişdən əvvəl bu tədbirlərin maliyyələşdirilməsi nəzərə tutulub.

Bu ilk növbədə vəsaitin sürüşdürülməsi qaydasında həyata keçiriləcək”.