» » » "Binə"də satıcılar etiraz etdi

"Binə"də satıcılar etiraz etdi

"Binə"də satıcılar etiraz etdi

Bu gün paytaxtın iki ən böyük ticarət mərkəzindən biri olan "Binə"də satıcılar etiraz aksiyası keçirib.
Ucarliyiq.biz-inhadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sahibkarlar icarəyə götürdükləri mağazalarda satışı dayandıraraq dinc şəkildə öz etirazlarını bildiriblər. Onları narazı salan isə icarə haqlarının çox olması olub.
Etirazlar daha çox 5/3, 5/4 sıralarında baş tutub. Etiraz edən mağaza sahiblərindən biri Amil adlı şəxs bildirib ki, son vaxtlar alverin qaydasında olmamasına baxmayaraq ticarət mərkəzinin rəhbərliyi tərəfindən icarə haqlarında heç bir güzəşt yoxdur:
"Əvvəllər alqı-satqı müəyyən qədər yaxşı idi və yer pulunu verə bilirdik. İndi alver zəifdir, pul qazana bilmirik. Buna baxmayaraq icarə haqqı dəyişməyib. Son dövrlər məhsulların qiymətləri da qalxıb və əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Alverin olmadığı bir vaxtda icarəni necə ödəyək? Rəhbərlik tərəfindən də heç bir güzəşt yoxdur. Ay tamam olan kimi də gəlib pulları istəyirlər. Bütün ticarət mərkəzlərində son vaxtlar qiymətlər aşağı salınıb. Lakin bizdə heç bir endirim yoxdur".
"Binə"də satıcılar etiraz etdi

"Binə"də satıcılar etiraz etdi

"Binə ticarət mərkəzi" bu gün
Etirazlarda iştirak edən digər vətəndaşların da istəkləri icarə haqlarının aşağı salınması idi.
Daha sonra əraziyə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova gəlib və açıqlama verərək bildirib ki, qiymətlərin artımı və ya azaldılması onların səlahiyyətində deyil:
"Qiymətlərə biz nəzarət etmirik. Biz mağazaları sahibkarlara vermişik. Kirayə haqqını onlar müəyyən edir. Yaxın vaxtlarda həmin sahibkarları bir yerə toplayıb məsələni müzakirə edəcəyik", - deyə ticarət mərkəzinin sahibi bildirib.
Kəbirə Məmmədova mağaza işlədənlərlə görüşdükdən sonra dinc aksiya başa çatıb.
Qeyd edək ki, hazırda mağaza icarəçiləri sahəsindən asılı olaraq 600-1500 manat icarə haqqı verirlər və vəziyyətin belə davam edəcəyi halda bazardakı mağazaların 70 faizinin bağlanacağını bildirirlər.
Hazırda 3, 4 və 5-ci sıralarda 100-dən çox mağaza boşaldılıb.