» » » Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Bakıda donuz cəsədləri tapılıb. 20-dən artıq donuz cəsədi Binə südçülük massivindəki zibil poliqonunda aşkarlanıb.
Ucarliyiq.biz xəbər verir ki, sakinlər cəsədlərin kənardan atıldığını ehtimal edirlər.
Onların sözlərinə görə, donuzlar epidemik xəstəlik nəticəsində ölə bilərlər.
"Cəsədlərin olduğu əraziyə pis qoxu yayılıb. Cəsədlərin bura atılması bizi narahat edir. Çünki donuzlar xəstəlik nəticəsində ölə bilərlər".
Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Zibil poliqonuna atılan donuz cəsədləri
Foto: Ruslan Eldaroğlu
Bakı şəhər Baytarlıq İdarəsinin nümayəndələri əraziyə baxış keçirib. İdarənin rəisi Aslan Aslanov bildirib ki, zibillikdəki cəsədlər köhnədir. “Cəsədlər torpağa basdırıldıqdan sonra ərazi dezinfeksiya olunacaq. Bundan əlavə massivdə olan bütün donuzçuluq fermalarına baxış keçiriləcək”, - deyə idarə rəsmisi bildirib.
Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Əraziyə toplaşan sakinlər
Foto: Ruslan Eldaroğlu
Ötən gün həmçinin Baytarlıq Nəzarəti Xidmətindən Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BP 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilib.
Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olub.
Bakıda donuz cəmdəkləri tapıldı (FOTO)

Gürcüstandan Azərbaycana keçirilən donuz cəmdəyi