» » » Həbsxanada olduğu iddia olunan direktor danışdı

Həbsxanada olduğu iddia olunan direktor danışdı

Həbsxanada olduğu iddia olunan direktor danışdı

Bakı şəhəri, Xətai rayonu 58 saylı orta məktəbin direktoru Ulduzxan Abdullayev həbsdə olması barədə yayılan məlumatlara münasibət bildirib.
Bu barədə ANS PRESS- ə danışan məktəb direktorunun sözlərinə görə, onun məhkum olması barədə gəzən məlumatlar həqiqətə uyğun deyil.
Yayılan məlumatlara əsasən, direktor Ulduzxan Abdullayev bir neçə il bundan əvvəl Xətai rayonunda 55 saylı məktəbdə direktor işləyərkən həbs olunub. Onun rüşvət üstündə 1 il həbsxanada yatdığı və çıxdıqdan sonra 58 saylı məktəbə direktor təyin olunduğu bildirilir.
Məktəbin direktoru Ulduzxan Abdullayev bu məlumatların ona aid olmadığını bildirib.
"Mən də eşitmişəm ki, mənim haqqımda belə bir söz-söhbətlər gəzir. Bu, mənə pis təsir edir. Əslində, yazılanlar doğru deyil. Mən heç vaxt həbsxanada olmamışam. Özünüz düşünün, həbsxanada yatan bir adamı kim direktor vəzifəsinə qoyar?! Artıq 5 ildir ki, bu məktəbin direktoruyam, bundan əvvəl isə 55 saylı məktəbdə direktor olmuşam. Ümumiyyətlə, həyatımın çox hissəsi pedaqoji fəaliyyətə həsr olunub. Uzun müddət ingilis dili müəllimi işləmişəm", - deyə direktor vurğuladı.
Həbsxanada olduğu iddia olunan direktor danışdı

Yayılan məlumatlarda Ulduzxan Abdullayevin iki il öncə həbsə düşdüyü bildirilir. İddialara əsasən 58 saylı orta məktəbin direktoru Ulduzxan Abdullayev indiki vəzifəsindən əvvəl Xətai rayonunda başqa bir məktəbə rəhbərlik edib:
O, həmin məktəbdə direktor işləyərkən həbs edilib. Bir müddət həbsdə qaldıqdan sonra isə azadlığa çıxmağa nail olub. Deyilənə görə, məktəb rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün həbs edilib. Bir müddət əvvəl isə direktorun adı başqa bir qalmaqalda hallandırılıb. Belə ki, Günel Əhmədova adlı xanımın qeyri-qanuni işə götürülməsilə bağlı alınan məbləğlə əlaqədar Ulduzxan Abdullayev böyük problem yaşamalı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məsələ ilə bağlı gün ərzində məlumat veriləcəyi bildirildi.