» » » Salyanda 3-cü sinif şagirdi kanalda boğuldu

Salyanda 3-cü sinif şagirdi kanalda boğuldu

Salyanda 3-cü sinif şagirdi kanalda boğuldu

İki məktəbli körpünü keçərkən kanala düşüb.

Salyanda 10 yaşlı oğlan uşağı kanalda batıb.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Şirin Su kanalının Qaraçala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 2006-cı il təvəllüdlü Dadaşlı Emil Əvəzağa oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq E.Dadaşlının cəsədini batdığı yerdən 500 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:50-də başa çatıb.

Haqqin.az saytının məlumatına görə, bu gün Salyanın Qaraçala kəndində iki məktəbli körpünü keçərkən kanala düşüb.

Yoldan keçən gənc oğlan suya girərək onlardan birini xilas edib, digəri 3-cü sinif şagirdi Dadaşlı Emil Əvəzağa oğlunun cəsədini isə xilasedicilər bir neçə saatdan sonra çıxara biliblər.