» » » Bakıda mənzildən iki meyit tapıldı

Bakıda mənzildən iki meyit tapıldı

Bakıda mənzildən iki meyit tapıldı

FHN məlumat yaydı.

Bu gecə Bakıda mənzildən iki meyit tapılıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 03:26-da başa çatıb.