» » » Pensiyaçıları sevindirən daha bir xəbər

Pensiyaçıları sevindirən daha bir xəbər

Pensiyaçıları sevindirən daha bir xəbər

“Bu ayın sonu özəl pensiya fondlarının yaradılması ilə bağlı beynəlxalq müzakirələr yekunlaşdırılacaq. Bundan sonra sənədi Azərbaycan hökumətinin müzakirəsinə təqdim edəcəyik”.
Ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, demək olar ki, fondla bağlı qanun layihəsi tam hazırdır.
“Məsələ beynəlxalq ekspertlərlə müzakirənin tamamlanma mərhələsindədir. Hazırlanan sənədlərdə avropalı ekspertlər və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaxından iştirak edir", - deyə sədr bildirdi.
Pensiyaçıları sevindirən daha bir xəbər

Elman Mehdiyev - Dövlət Sosial Müdafiə Fondunun sədri
Sədr bildirdi ki, bu işin qurulması qanunvericiliyin qəbulundan və tətbiqindən aslıdır.
Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.
Prezident İlham Əliyev 2008-ci il dekabrın 30-da təsdiqlənən “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı”nı təsdiq edib. Həmin proqamın bəndlərindən biri məhz qeyri-dövlət pensiya fondlarının inkişafı ilə bağlıdır.