» » » Külək Qubanı işıqsız qoydu (VİDEO)

Külək Qubanı işıqsız qoydu (VİDEO)

Külək Qubanı işıqsız qoydu (VİDEO)

Qubada yaranan qasırğa rayonu işıqsız qoydu.
ANS TV-nin məlumatına görə, yanvarın 18-dən 19-na keçən gecə Qubada qasırğa baş verib. Qasırğa rayonun elektrik təsərrüfatını yararsız hala salıb. Quba Fövqəlada Hallar Komisiyasının sədri Yusif Abidov söyləyib ki, rayounun 40 faizində - 38 kəndində enerji problemləri var.
Baş verən qəzalı yerlərdə “Azərişıq”ın biriqadası fəaliyyət göstərir. Onlar rayonda işığın bərpasına çalışır.
Yusif Abidov isə qeyd edib ki, kəndlərə işığın verilməsinin günün ikinci yarsına qədər bəra olunacaq.
Qasırğa Qubadan başqa, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında da qeydə alınıb. Amma ən çox qəzalı vəziyyət Quba rayonunda yaranıb.