» » » “Maşın bazarı” bağlana bilər

“Maşın bazarı” bağlana bilər

“Maşın bazarı” bağlana bilər

Bazar rəhbərliyi narazı sahibkarlarla görüşüb.

Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edir.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını tələb ediblər.

Onlar bildiriblər ki, eyni tələblə aprel ayında çıxış edilib və icarə haqqı 15 faiz azaldılıb: 

"Lakin bu, bizə yenə sərf etmir. Ticarətin olmadığı vaxtda, yüksək məbləğdə olan icarə haqqını ödəmək imkanımız yoxdu. Tələbimiz ondan ibarətdir ki, icarə haqları 200-300 manat aşağı salınsın".

Sahibkarlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dükanları bağlayacaqlarını bildiriblər.

Bazar rəhbərliyindən isə bildirilib ki, narazı sahibkarlarla görüşüb, onların etirazlarına baxacaqlar: 

"Qiymətlərin aşağı salınması gözlənilir".