» » » “Donuz qripi” şübhəsi ilə 80-dən çox şəxsdən qan nümunəsi götürüldü

“Donuz qripi” şübhəsi ilə 80-dən çox şəxsdən qan nümunəsi götürüldü

“Donuz qripi” şübhəsi ilə 80-dən çox şəxsdən qan nümunəsi götürüldü

Səhiyyə Nazirliyi məlumat yaydı.

Hazırda “donuz qripi” şübhəsi ilə 80-dən çox insandan qan nümunəsi götürülüb.

Bu barədə ucarliyiq.biz-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, qan nümunələrinin nəticələrinə görə Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb.
 
Qeyd edək ki, “donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb. 

Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. 

“Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.