» » » Nəqliyyat Nazirliyində 20 yanvar faciəsinin 26-cı ildönümü anılıb

Nəqliyyat Nazirliyində 20 yanvar faciəsinin 26-cı ildönümü anılıb

Nəqliyyat Nazirliyində 20 yanvar faciəsinin 26-cı ildönümü anılıb

Nazirlik məlumat yaydı.

Nəqliyyat Nazirliyində 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

Anım mərasimi Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin  xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin tarixindən, 1990-cı ilin yanvar ayında baş verən hadisələrdən danışılıb, Ermənistanın təcavüzkar hərəkətləri və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığı faktlarla bir daha xatırlanıb. 

Vurğulanıb ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.     

Tədbirdə qeyd edilib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçən mərd övladlar Azərbaycan xalqı tərəfindən həmişə uca tutulacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn və qürur günü kimi qeyd ediləcək.