» » » Dövlət Avtomobil Nəqliyyatı Xidmətində 20 Yanvar şəhidlərini yad etdilər

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində 20 Yanvar şəhidlərini yad etdilər

Dövlət Avtomobil Nəqliyyatı Xidmətində 20 Yanvar şəhidlərini yad etdilər

Qanlı faciədə 130-dan artıq insan qətlə yetirilib.

Bu gün Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində keçirilən toplantıda Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edib.

Xidmətdən ucarliyiq.biz-a verilən məlumata görə, tədbirdə tariximizin ən qanlı hadisələrindən biri olan 20 Yanvar faciəsinin həm də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı bir səhifəsi olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Xidmətinin rəisi Elnur Abdullayev vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirib.

Faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyini, 700-dən artıq soydaşımızın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edən E. Abdullayev, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz səsini ucaltması, xalqımızın haqq səsini dünyaya çatdırmasını xüsusi vurğulayaraq, ilk dəfə məhz ulu öndərin həmin hadisələrə siyasi qiymət verdiyini bildirib.

Toplantı iştirakçıları xalqımızın 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsinin daim uca tutacağını bir daha qeyd ediblər.

Çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu xüsusilə vurğulayıblar.