» » » Xədicə İsmayılovanı vəkil Amal Kluni müdafiə edəcək

Xədicə İsmayılovanı vəkil Amal Kluni müdafiə edəcək

Xədicə İsmayılovanı vəkil Amal Kluni müdafiə edəcək

O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

ucarliyiq.biz-ın “Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində özü bildirib.

A. Kluni deyib ki o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri isə hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi Amal Kluni olub.