» » » Daşkəsəndə külək evlərin damını uçurdu

Daşkəsəndə külək evlərin damını uçurdu

Daşkəsəndə külək evlərin damını uçurdu

Daşkəsəndə güclü külək fəsadlar törədib.
Ucarliyiq.biz xəbər verir ki, Daşkəsəndə əsən sürətli külək bir sıra kəndlərin elektrik naqillərini sıradan çıxarıb, nəticədə buradakı evlər işıqsız qalıb. Ötən gecədən başlayaraq müşahidə olunan güclü külək rayon ərazisində yaşayış və bir neçə inzibati binanın dam örtüyünə ciddi ziyan vurub. Yaşayış binalarının örtükləri uçub.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası rayonda və kəndlərdə təbii fəlakətin vurduğu ziyanı araşdırır.
Daşkəsəndə külək evlərin damını uçurdu

Daşkəsəndə külək evlərin damını uçurdu

Daşkəsəndə külək evlərin damını uçurdu

Hadisə yeri
Foto: Ülvi Telmansoy

Ötən gün isə cənub bölgəsində əsən güclü külək fəsadlara yol açıb.
Külək Astara, Lənkəran, Lerik rayonlarında çox hiss olunduğundan ən çox ziyan da bu rayonlara dəyib.
Ələt-Astara magistral yolunda külək hündür, iri gövdəli ağacları kökündən qoparıb.