» » » Azərbaycanda küləkli hava proqnozlaşdırılır

Azərbaycanda küləkli hava proqnozlaşdırılır

Azərbaycanda küləkli hava proqnozlaşdırılır

Rayonlarda duman olacaq.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. 

Sabah Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Yanvarın 23-də mülayim xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.