» » » Təhsil Şöbələrinin birində ciddi qanun pozuntuları aşkarlandı

Təhsil Şöbələrinin birində ciddi qanun pozuntuları aşkarlandı

Təhsil Şöbələrinin birində ciddi qanun pozuntuları aşkarlandı

Qərar Təhsil Nazirliyi və adiyyatı qurumlara göndərilib.

Şamaxı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığa əməl olunmadığı aşkarlanıb.

Bu barədə ucarliyiq.biz-a Hesablama Palatasından bildirilib. 

Auditor audit obyekti tərəfindən bəzi hallarda ödənilmiş vəsait müqabilində mal-material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini, mal-material qiymətlilərinin paylanmasının uçotunun, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini qeyd edib.

Sonra auditor əldə olunmuş nəticələr əsasında tərtib edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, pedaqoji işçilərin əmək haqqına əlavələrin hesablanılması, siniflərin komplektləşdirilməsi, ümumtəhsil məktəblərinin rəhbər işçilərinə normadan artıq dərs tarifləşdirilməsi, büdcə vəsaitlərindən istifadə zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, tələbatdan artıq xərclərə yol verilməməsi, vəsaitlərin ciddi olaraq yalnız təyinatı üzrə istifadəsi istiqamətində Təhsil Şöbəsinin fəaliyyətinin gücləndirilməsi zəruridir.

Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Şamaxı rayon İcra Hakimiyyəti və Şamaxı rayon Təhsil Şöbəsinə göndərilib.