» » » Avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldırıldı

Avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldırıldı

Avtomobil ehtiyat hissələri bazarında icarə haqqı azaldırıldı

Sahibkarlar müştəri qıtlığından əziyyət çəkirlər.

Bu gün Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını istəyiblər.

Sahibkarlar bildiriblər ki, bazar rəhbərliyi onların tələbinə uyğun olaraq, icarə haqqını 10 faiz azaldıb.

Xatırladaq ki, sahibkarlar iki gün öncə də eyni tələblə çıxış ediblər.